Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
sizinxeber.az xəbər saytı

Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib


Azərbaycan Güləş Federasiyası (AGF) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) "Güləşlə sağlam yaşa" adlı layihəyə start veriblər.

Bu barədə "Sizinxeber.az"a AGF-dən məlumat verilib.

Təşəbbüs çərçivəsində ilk tədbir Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun iştirakı ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhər 7 saylı tam orta məktəbdə baş tutub.

Tədbirin giriş hissəsində məktəbin direktoru Nuranə Hümbətova çıxış edərək idmanın əhəmiyyətinə toxunub, layihə təşkilatçılarına minnətdarlığını ifadə edib.

Daha sonra Fərid Mansurovun idman yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Ardınca Olimpiya çempionu öz uğur hekayəsini bölüşərək karyerası boyu qarşılaşdığı çətinliklər və əldə etdiyi nailiyyətlər barədə danışıb. O, məktəblilərə məqsədyönlü olmağı, daim öz üzərlərində çalışmağı və sağlam həyat tərzi seçməyi tövsiyə edib. Fərid Mansurov təhsilin, idmanla məşğul olmağın və düzgün qidalanmanın önəmini xüsusi qeyd edib.

Görüş çərçivəsində məktəblilərin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Şagirdlər qonağa müxtəlif suallar ünvanlayıb, onun tövsiyələrini dinləyiblər. Tədbirin maraqlı hissələrindən biri də "Kahoot" platforması üzərindən təşkil olunan intellektual müsabiqə olub. Qaliblər, o cümlədən ən maraqlı sualların müəllifləri AGF tərəfindən hədiyyələrlə təltif ediliblər.

Sonda Olimpiya çempionunun iştirakı ilə imza mərasimi keçirilib, məktəblilər xatirə avtoqrafları əldə edib və kollektiv xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, güləş idman növünə marağın artırılması, milli idman dəyərlərinin təşviqi, həmçinin uşaq və yeniyetmələrin fiziki aktivliyə cəlb edilməsidir.

Oxşar xəbərlər

Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib
Güləşçi Jalə Əliyeva: "Əziyyət çəkən insan gec-tez nəticəsini görür"
Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib
Üçqat Avropa çempionu Həsrət Cəfərov: "Bu yerlərə gəlmək üçün çox əziyyət çəkmişik"
Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər