Mərkəzi Bank: Maliyyə Nazirliyinin depozit hərracları faizlərə təsir edib
Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının kommersiya banklarında yerləşdirilməsi məqsədilə keçirilən depozit hərracları nəticəsində bank sektorunda likvidliyin artması AZIR indeksinə azaldıcı təsir edib.
"APA-Economics" xəbər verir ki, bu barədə AMB-dən bildirilib. Qeyd edilib ki, ötən ilin ikinci yarısının bir çox aylarında hökumət hesabları qalığının artımı qısamüddətli faizlərə artırıcı təsir edirdi. Bu şəraitdə Mərkəzi Bank açıq bazar əməliyyatlarını intensivləşdirib, artan likvidliyin əhəmiyyətli hissəsi Mərkəzi Bankın əsas alətinə çevrilməkdə olan 1 həftəlik əməliyyatlarla sterilizasiya olunub. Sterilizasiya yönümlü açıq bazar əməliyyatlarının effektivliyini artırmaq üçün pul siyasətinin əməliyyat çərçivəsində dəyişiklik edilib, 7 günlük repo əməliyyatı 7 günlük depozit əməliyyatı ilə əvəzlənib.
"Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 5 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 1.6 dəfə, sayı isə 1.8 dəfə artıb" - Mərkəzi Bankdan əlavə edilib.
Ümumilikdə vurğulanıb ki, təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. AZIR indeksinin orta günlük səviyyəsi mayda və iyunun ötən dövründə 6.7% olub. Mərkəzi Bank banklararası pul bazarında gedən proseslərin təhlilini və qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydalarını hazırlayaraq təsdiq edib.
Oxşar xəbərlər
Maliyyə Nazirliyinin depozit hərracları AZIR indeksinə azaldıcı təsir edib
Maliyyə Nazirliyinin vahid xəzinə qalığının depozit qoyulmasının bank sisteminə təsirləri açıqlanıb
Mərkəzi Bank: Məcburi ehtiyat norması pul siyasətinin ötürücülüyünü artırıb
Maliyyə Nazirliyi xəzinə qalığı ilə bağlı növbəti depozit hərracı keçirib
Maliyyə Nazirliyi: Sərbəst büdcə vəsaitləri yalnız sistem əhəmiyyətli banklara yerləşdiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












