Maliyyə Nazirliyinin vahid xəzinə qalığının depozit qoyulmasının bank sisteminə təsirləri açıqlanıb
Cari ilin 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının depozit formasında sistem əhəmiyyətli banklarda yerləşdirilməsi üzrə hərracın keçirilməsi bank sisteminin likvidlik mövqeyinə artırıcı, 1D AZIR indeksinə isə azaldıcı təsir göstərib.
Bu barədə “Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Qısamüddətli pul bazarında orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. Banklararası pul bazarındakı faizləri tənzimləmək üçün daimi imkan alətləri ilə yanaşı cari ilin ötən dövründə müntəzəm şəkildə 1 həftəlik REPO və əks-REPO əməliyyatları da aparılıb. 1D AZIR indeksinin orta günlük səviyyəsi aprelin ilk ongünlüyündə 7.68%, 2-ci ongünlüyündə isə 7.21% olub.
Oxşar xəbərlər
AMB: Qısamüddətli pul bazarında orta gəlirlilik faiz dəhlizi daxilindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maliyyə Nazirliyi ilk dəfə depozit hərracı keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Mərkəzi Bankın emissiya etdiyi notların həcmi 7 dəfəyə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maliyyə Nazirliyi ilk dəfə xəzinə qalığı ilə bağlı depozit hərracı keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Bank: Məcburi ehtiyat norması pul siyasətinin ötürücülüyünü artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












