Mərkəzi Bank: Məcburi ehtiyat norması pul siyasətinin ötürücülüyünü artırıb
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank: Məcburi ehtiyat norması pul siyasətinin ötürücülüyünü artırıb


Strateji valyuta ehtiyatlarının artımı iqtisadiyyatda iri həcmli manat emissiyasına səbəb olub. Bu şəraitdə Azərbaycan Mərkəzi Bankı (AMB) məcburi ehtiyat norması vasitəsilə bank sektorunda izafi likvidliyi sterilizasiya edib və pul siyasətinin ötürücülüyünü artırıb.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq AMB-dən bildirilib. Qeyd edilib ki, bundan əlavə məcburi ehtiyat normalarının tətbiqi bank sektorunda de-dollarlaşma proseslərini dəstəkləyib.

Bununla yanaşı likvidliyin effektiv idarə olunması banklararası təminatlı və təminatsız bazar seqmentlərində aktivliyə səbəb olub, pul bazarında istinad faizlərinin formalaşmasına xidmət edib.

"Müsbət haldır ki, banklararası qısamüddətli pul bazarındakı faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir və dəhlizin parametrlərinin dəyişiminə reaksiya verir. Əlavə olaraq, banklararası qısamüddətli pul bazarındakı faizlər uzunmüddətli depozit və kredit faizlərinə təsir göstərir. Bütün bunlar faiz kanalının ötürücülüyünün yaxşılaşdığını göstərir"- AMB-dən əlavə edilib.

Oxşar xəbərlər

AMB sədri: Bankların məcburi ehtiyat normalarının dəyişdirilməsi gözlənilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərbaycan Beynəlxalq Bankı" 272 min manat cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Bank növbəti il üçün pul siyasətinin əməliyyat hədəflərini və alətlərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda banklararası pul bazarı aktivdirmi? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Bank: İyul ayında banklararası bazarın həcmi 10 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər