Azərbaycanda problemli kreditlərin məbləği 9 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda problemli kreditlərin məbləği 9 %-ə yaxın artıb


Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,6 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 4,4 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 11,9 %, son 1 ildə isə 8,7 % artıb.

Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət martın sonuna 1,6 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il aprelin sonuna isə 1,8 % olub.

Mayın 1-nə bankların kredit portfeli 26 milyard 442,6 milyon manat təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 13,9 % böyüyüb. 

Oxşar xəbərlər

Azərbaycanda problemli kreditlərin məbləği 2 %-dən çox artıb
Azərbaycanda problemli kreditlərin həcmi 31 % azalıb
Azərbaycanda problemli kreditlərin məbləği 13 % artıb
Azərbaycanda problemli kreditlərin məbləği 3 %-ə yaxın artıb
Azərbaycanda problemli kreditlərin məbləği 8 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər