Expressbankda “Sağlamlıq ayı” keçirilir
Expressbank Korporativ Sosial Məsuliyyətini ciddi dərk edən maliyyə institutu olaraq əməkdaşları üçün ardıcıl sağlamlıq tədbirləri keçirməyə davam edir.
7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə aprel ayı Bankda “Sağlamlıq ayı” elan edilib. Belə ki, Sağlamlıq ayı çərçivəsində nəzərdə tutulan silsilə tədbirlərdən birincisi Expressbank əməkdaşları üçün keçirilən Emosional Zəka mövzusundakı interaktiv seminar olub. Seminar “Psycho” Psixoloji Mərkəzinin peşəkar psixoloqları Lamiyə Miryaqubova və Leyla Sultanova tərəfindən aparılıb.
Tədbir Bankın əməkdaşlarını stres və neqativ emosiyaların idarə olunması, fiziki və zehni rahatlama texnikaları, daxili və xarici motivasiya, münaqişələrin idarə edilməsi və həll yolları, empatiya və özünüdərk bacarıqları haqqında maarifləndirməklə onların iş mühitindəki rahatlıqlarına dəstək olmaq və sağlamlıqlarının qayğısına qalmaq əhəmiyyəti daşıyır. İştirakçıların aktiv sualları və komandalarla iş müşayiəti ilə keçirilən interaktiv seminar eyni zamanda əməkdaşlararası kommunikasiya bacarıqlarının möhkəmlənməsinə, ünsiyyət rahatlığına və zehni istirahətinə zaman ayırmasına xidmət edir.
Qeyd edək ki, Expressbank daha əvvəl də əməkdaşlarının sağlamlığına yönəlik bir sıra tədbirlər keçirib və bu yöndə korporativ məsuliyyət strategiyasına sadiqdir.
Oxşar xəbərlər
PAŞA Sığorta sağlamlıq sığortası məhsullarında müəllimlərə özəl kampaniya elan edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
PAŞA Sığorta dəmiryolu əməkdaşları üçün 20 % endirim kampaniyası elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Expressbank Uşaq Onkologiya Mərkəzini ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Danışır təcrübə” layihəsinin qonağı millət vəkili Rəşad Mahmudov olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in qurumları arasında sərbəst güləş çempionatı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












