FHN-in qurumları arasında sərbəst güləş çempionatı keçirilib
Noyabrın 25-26-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilib.
APA FHN-ə istinadən xəbər verir ki, İdman-sağlamlıq klubunun arenasında keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 9 komandadan 60-a yaxın əməkdaş iştirak edib.
Yarışın son günündə final görüşləri keçirilərək qaliblər müəyyən olunub.
Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra çıxış edən İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 2024-cü il ərzində FHN-in müxtəlif idman növləri üzrə komandalarının qazanılmış nailiyyətlərindən bəhs edib. O, çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə keçirilən yarışları İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti idarə edib.
Gərgin idman şəraitində keçən çempionatda aşağıdakı nəticələr qeydə alınıb:
57 kq çəkidə
I yer – Rəşid Sadıqov (XRXX)
II yer – Heydər Dadaşov (MMQ)
III yer – Samir Məmmədov (MMQ)
III yer – Elnur Həsənov (DYMX)
61 kq çəkidə
I yer – Sədrəddin Həsənov (MMQ)
II yer – Rəşid Rüstəmli (XRXX)
III yer – Rüstəm Məmmədov (MMQ)
III yer – Bahad İsmayılov (MMQ)
65 kq çəkidə
I yer – Cəlal Süleymanov (XRXX)
II yer – Mirelturan Seyidov (DYMX)
III yer – Əli Həsənov (FHNA)
III yer – Mənsur Zeynallı (MMQ)
70 kq çəkidə
I yer – Mahir Mahmudov (MMQ)
II yer – Samir Piriyev (MMQ)
III yer – Tural Nəbiyev (DYMX)
III yer – Murad Balacayev (FHNA)
74 kq çəkidə
I yer – Elxan Nəbiyev (DYMX)
II yer – Həsən Seyidov (DYMX)
III yer – Muxtar Mövsümlü (MMQ)
III yer - Murad Hüseynli (XRXX)
86 kq çəkidə
I yer – Asif Nuruyev (DYMX)
II yer – Fariz Məmmədov (XRXX)
III yer – Ceyhun Cəlilli (DYMX)
III yer – Abbas Yaqubov (MMQ)
97 kq çəkidə
I yer – Elman Qasımov (DYMX)
II yer – Ağalar Məmmədov (MMQ)
III yer – Kənan Bayramlı (MMQ)
III yer – Özcan Kərimov (FHNA)
125 kq çəkidə
I yer- Camal Abdulov (SRM)
II yer – Ramil Əsədov (MMQ)
III yer – Ədalət Məmmədov (MMQ)
III yer – Yaşar Zamanov (DYMX)
Xal hesabının nəticələrinə əsasən komanda üzrə 1-ci yerə Mülki müdafiə qoşunlarının komandası, 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası, 3-ci yerə isə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası sahib olub.
Çempionatın əzmkar komandası adına FHN-in Akademiyasının komandası layiq görülüb. İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti obyektiv hakimlik xidmətlərinə görə, habelə Tibb xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.
Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.
Oxşar xəbərlər
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionat keçirilib
FHN-in qurumları arasında voleybol çempionatına yekun vurulub
FHN-in İdman-sağlamlıq klubunda görüş keçirilib
FHN əməkdaşı qol güləşi üzrə gümüş medal qazanıb - FOTO
FHN-in kikboksinq üzrə idmançıları Azərbaycan çempionatında yüksək nəticələr əldə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib
-
Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"
-
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
-
“Reuters” Avropada yeni iqtisadi böhran təhlükəsi barədə xəbərdarlıq edib
-
20 Yanvar faciəsinin 35 illik naməlum qəhrəmanları - FOTO
-
İngiltərə Premyer Liqası: “Mançester Siti” “İpsviç”i darmadağın edib