AMB: Milyonlarla insan ödənişlər zamanı onlayn dələduzluğun qurbanı olur
sizinxeber.az xəbər saytı

AMB: Milyonlarla insan ödənişlər zamanı onlayn dələduzluğun qurbanı olur


Məktəblilər arasında rəqəmsal ödənişlər sahəsində savadlılıq artırılmasına çalışırıq.

"Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın Bazar Davranışlarının Tənzimlənməsi Departamentinin Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsinin rəisi İlahə Baxışova deyib.

O bildirib ki, hər gün milyonlarla insan rəqəmsal ödənişlər zamanı onlayn dələduzluğun qurbanı olur. Bu baxımdan hər il Mərkəzi Bank tərəfindən “Qlobal pul həftəsi" çərçivəsində məktəbli və gənclərin maliyyə savadlılığının artırılması üçün maarifləndirici tədbirlər keçirilir.

“Məqsədimiz gənclərin erkən yaşlarından maliyyə vərdişlərinin formalaşdırılmasıdır. Bu il bu müsabiqə Təhsil Nazirliyinin də dəstəyi ilə 10 məktəb arasında keçirilib. Bu günə qədər müxtəlif region məktəblərində bu cür tədbirlər keçirilib. Bu il də region məktəblərində belə tədbirlərin keçirilməsini planlaşdırırıq”- İlahə Baxışova əlavə edib.

Oxşar xəbərlər

Azərbaycanda "Qlobal Pul Həftəsi"nə start verilib
Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə müşahidəçi qismində üzv olub
ABA sədri: Rəqəmsal ödənişlərlə bağlı AMB nəzdində innovativ hab yaradılmalıdır
AİİB-in prezidenti: İqlim dəyişikliyinin qurbanı ola biləcək insanlara maliyyə dəstəyi verməliyik
Maliyyə sahəsində istehlakçı hüquqlarının müdafiəsi üzrə işçi qrupları yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər