Azərbaycanda "Qlobal Pul Həftəsi"nə start verilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda "Qlobal Pul Həftəsi"nə start verilib


Azərbaycanda məktəblilərin və gənclərin maliyyə savadlılığının artırılması məqsədi ilə növbəti "Qlobal Pul Həftəsi"nə start verilib.

"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankında (AMB) “Rəqəmsal dünyada təhlükəsiz ödənişlər: öz məlumatlarımızı və pulumuzu necə qoruyaq?” mövzusunda tədbir keçirilir.

Tədbirdə çıxış edən qurumun Bazar Davranışlarının Tənzimlənməsi Departamentinin Maliyyə məlunatlılığı və peşəkar inkişaf şöbəsinin rəisi İlahə Baxışova bildirib ki, hər il bu həftə çərçivəsində AMB-nin təşkilatçılığı ilə müsabiqə təşkil olunur: "Məqsədimiz gənclərdə erkən yaşlarından maliyyə vərdişləri formalaşdırmaq, onları daha savadlı və daha sağlam maliyyə vərdişləri olan vətəndaş kimi yetişdirməkdir. Bu il müsabiqə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 10 məktəb arasında keçirilir. Hər məktəbi 1 komanda təmsil edir. Bu günə qədər müxtəlif regionların məktəblərində bu cür tədbirlər keçirilib. Bu il də belə tədbirlərin keçirilməsi foksumuz var".

Oxşar xəbərlər

AMB: Milyonlarla insan ödənişlər zamanı onlayn dələduzluğun qurbanı olur
AMB və IFC COP29-da Dayanıqlı maliyyə taksonomiyaları üzrə qlobal tədbir təşkil edəcək
AMB-də sahibkarların maliyyəyə çıxış potensialının artırılması müzakirə olunub
AMB iqlim dəyişikliyi ilə bağlı maliyyə sistemini dəstəkləməyə çağırıb
Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər