Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə müşahidəçi qismində üzv olub
Mərkəzi Bank (AMB)rəqəmsal maliyyə həllərinin inkişafı və innovasiyaların təşviqi məqsədilə Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə (Global Financial Innovation Network) müşahidəçi qismində üzv olub.
Bu barədə "APA-Economics" AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank üzvlük çərçivəsində Şəbəkənin təşəbbüslərində iştirak edə, eləcə də aparıcı qlobal tənzimləyicilər və innovatorlarla əməkdaşlıq qura biləcək. Beləliklə də, Mərkəzi Bank əldə olunacaq təcrübə ilə maliyyə sektorunun texnoloji inkişafının beynəlxalq standartlara uyğunlaşdırılmasına, həmçinin maliyyə bazarlarının dayanıqlılığının artırılmasını töhfə verəcək.
Qeyd edək ki, maliyyə tənzimləyicilərini, mərkəzi bankları, beynəlxalq təşkilatları və digər maliyyə texnologiyaları ilə əlaqəli qurumları bir araya gətirən Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsi sözügedən sahədə yeniliklərin təşviq olunmasını və inkişaf etdirilməsini hədəfləyən beynəlxalq bir təşkilatdır.
Oxşar xəbərlər
AMB Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə müşahidəçi qismində üzv olub
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Mərkəzi Bank “Yaşıl maliyyə” mövzusunda təlim keçirib
Şahin Mahmudzadə: Mərkəzi Bank 110 ölkə ilə vahid taksonomiya üzərində işləyir
Taleh Kazımov: Yaşıl Maliyyə Taksonomiyası hökumətə təqdim ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
