AİİB-in prezidenti: İqlim dəyişikliyinin qurbanı ola biləcək insanlara maliyyə dəstəyi verməliyik
sizinxeber.az xəbər saytı

AİİB-in prezidenti: İqlim dəyişikliyinin qurbanı ola biləcək insanlara maliyyə dəstəyi verməliyik


“Aşağı gəlirli ölkələr, xüsusilə də Afrika ölkələrinin karbon qazı akkumulyasiyası çox aşağıdır. Lakin onlar iqlim dəyişikliyinin nəticələrinin qurbanı olurlar”.


APA xəbər verir ki, bunu COP29 çərçivəsində Maliyyə Nazirləri Koalisiyasının Həmsədrlərinin (Niderland və İndoneziya) Maliyyə, İnvestisiya və Ticarət Günündə çıxışı zamanı Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) prezidenti və Direktorlar Şurasının sədri Jin Liqun deyib.

O bildirib ki, bu keçid çox sürətli şəkildə həll edilməsə, məqsədə çatmaq çətin olacaq:

“Çünki sadəcə iqlim dəyişikliyinin yumşaldılması, uyğunlaşması və keçidi yalnız siyasi liderlərin, siyasi qərar qəbul edənlərin və ya elitaların işi deyil. Bu, xalqın işi və müharibəsidir. Güclü dəstək və bütövlükdə insanların böyük mesajları olmadan buna nail olmaq mümkün deyil. Beləliklə, biz bu insanlara bu dövrdə çətinliklərin öhdəsindən gəlmək üçün maliyyə təmin etməyə çalışırıq. Ən əsası odur ki, maliyyəmiz sosial ədaləti əhatə etməlidir. İqlim dəyişikliyinin nəticələrinin qurbanı ola biləcək insanlara maliyyə dəstəyi verməliyik”.


Jin Liqun, həmçinin əlavə edib ki, AİİB-in maliyyələşdirməsi qadınların bütün prosesdə iştirak etmələri, iş əldə etmələri, cəmiyyətə daha faydalı olmaları üçün onların səlahiyyətləndirilməsinə daha çox yönəlib.

Oxşar xəbərlər

CAR rəsmisi: COP29 iqlim maliyyəsi və yaşıla keçid gündəmlərini birləşdirmək imkanıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal səfir: İqlim dəyişikliyinin təsirlərinə qarşı QHT-lər bir araya gəlməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnkişaf Bankının Prezidenti: Afrikada iqlim dəyişikliyinin qarşısını almaq üçün 300 milyon dolların ayrılması məqsədəuyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bolqarıstan Prezidenti: Yeni kollektiv kəmiyyət hədəfi COP29 iqlim konfransının əsas gözlənilən nəticəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Prezidenti: Qlobal iqlim tendensiyasına töhfə verməyə davam edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər