Hikmət Hacıyev: Minatəmizləmə prosesində QHT-lərin də fəaliyyətindən istifadə olunur
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: Minatəmizləmə prosesində QHT-lərin də fəaliyyətindən istifadə olunur


Minalarla çirkləndirilmiş torpaqların təmizlənməsində qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətindən də istifadə olunur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən QHT forumunda deyib.

O qeyd edib ki, vətəndaş cəmiyyətlərinin fikri, cəmiyyətin mövqeyi olmadan hökumət dayanıqlı gündəliyini icra edə bilməz.

"Azad edilmiş ərazilərdə 10 min kv/km ərazi minalarla çirkləndirilib. Biz həmin ərazilərdə tarix yazırıq", - H.Hacıyev vurğulayıb.

O əlavə edib ki, Azərbaycan hökuməti QHT icmasının və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı fəaliyyəti, inkişafı və potensialının gücləndirilməsinə xüsusi önəm verir. Bu məqsədlə vətəndaş cəmiyyəti institutlarına dəstək göstərən dövlət agentliyi yaradılıb:

"Azərbaycan hökuməti, həmçinin onların maliyyə imkanlarına çıxışını təmin etmək üçün qrantlar ayırır və müxtəlif institusional, potensialın artırılması üzrə təlimlər təşkil edir. Ölkədə vətəndaş cəmiyyəti institutları hökumətin inkişaf proqramlarının ayrılmaz hissəsidir və biz onların bilik və təcrübəsini Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə cəlb edirik".

Hökumət olaraq biz beynəlxalq əməkdaşlıq və tərəfdaşlığı dəstəkləyirik. Bu baxımdan, mən Azərbaycan QHT-lərinə Dövlət Dəstəyi Agentliyinə də təşəkkür edirəm. Şəxsən və komanda olaraq deyə bilərəm ki, bununla qürur duyuram".

Oxşar xəbərlər

Hikmət Hacıyev: Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir
Hikmət Hacıyev: Dünyada hər ölkədə WUF13 miqyasında tədbirlər keçirilə bilmir
Hikmət Hacıyev: Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı azalıb
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində may ayı üçün qəbul cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər