Mer müavini: Buxara beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2026
15:30
0
0
1 216
ff aaaaaaa

Mer müavini: Buxara beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir

19 may, 2026
15:30
1 216

Mer müavini: Buxara beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir

Buxara şəhəri beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir.

"Report" xəbər verir ki, bunu Özbəkistanın Buxara şəhər merinin müavini və Şəhər İnvestisiya, Sənaye və Ticarət İdarəsinin rəhbəri Şarofiddin Xusenov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Dayanıqlı Şəhər İnkişafı" adlı müzakirədə deyib.

Onun sözlərinə görə, Buxara şəhəri beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir:

"Buxara bir çox beynəlxalq təşkilatlarla mədəni əməkdaşlığı davam etdirir. 2027-ci ildə UNESCO-nun Buxarada keçirməyi planlaşdırılan konfransı bunun bariz göstəricilərindən biridir".

Ş.Xusenov Buxaranın Mərkəzi Asiya regionunda turizm və qonaqpərvərlik şəhəri kimi özünü təsdiq etdiyini də diqqətə çatdırıb:

"Bunun əsas təşviq mexanizmləri sırasında muzeylər, yaradıcı sənaye nümayəndəlikləri və başqa bu kimi şəbəkələri göstərmək olar. Nəticə etibarilə, şəhər son illərdə turist axını və gəlirlərdə ciddi artıma nail olub".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul