Maliyyə sahəsində istehlakçı hüquqlarının müdafiəsi üzrə işçi qrupları yaradılıb
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə assosiasiyalar nəzdində işçi qrupları yaradılıb.
Bu barədə "Sizinxeber.az-Economics"ə Mərkəzi Bankdan bildirilib. Məlumata görə, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Birjası İştirakçılarının Assosiasiyası nəzdində fəaliyyət göstərəcək işçi qrupları istehlakçı hüquqlarının qorunması çərçivəsində səmərəliliyin artırılmasına, pozulmuş hüquqların bərpa edilməsinə, o cümlədən mübahisələrin operativ və effektiv surətdə həll edilməsinə töhfə verəcək.
Cari ilin yanvar ayının 27-də işçi qruplarının, o cümlədən assosiasiya nümayəndələrinin iştirakı ilə onlayn qaydada görüş keçirilib. Görüş çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinə ünvanlanmış vətəndaş müraciətlərinin mahiyyəti üzrə cavablandırılması zamanı qanunvericiliyin tələblərinə əməl olunması, işçi qruplarının effektiv fəaliyyəti, bu istiqamətdə görülmüş və cari ildə görüləcək işlər barədə məsələlər diqqətə çatdırılıb.
Görüşdə həmçinin maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərlə bağlı təkliflər səsləndirilib və mövzu ətrafında müzakirələr aparılıb.
Oxşar xəbərlər
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması müzakirə edilib
"Azərbaycan Banklar Assosiasiyası"nın nəzdində yeni ekspert qrupları yaradılıb
Azərbaycan Banklar Assosiasiyası yaşıl və davamlı layihələr üçün 1,2 milyard dollar ayırıb
Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradılıb
Azərbaycanda növbəti “Sığorta Festivalı” keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












