Azərbaycana birbaşa xarici investisiyalar 4,5 mlrd. dollara bərabər olub
sizinxeber.az xəbər saytı

Azərbaycana birbaşa xarici investisiyalar 4,5 mlrd. dollara bərabər olub


2024-cü ilin üçüncü rübündə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 4,5 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.

O, qeyd edib ki, kapital repatriasiyası isə 4,8 mlrd. dollar təşkil edib. Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar 1,4 mlrd. ABŞ dollarına (2023-cü ilin eyni dövründə 998 mln. dollar) bərabər olub.

“Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə birbaşa investisiyalar 431 mln. dollar, Türkiyəyə 175 mln. dollar, Gürcüstana 96 mln. dollar, Birləşmiş Krallığa 87 mln. dollar və Özbəkistana 78 mln. dollar təşkil edib”- Samir Nəsirov əlavə edib.

Oxşar xəbərlər

AMB: Bu ilin ilk yarısında Azərbaycana 3 mlrd. dollara yaxın birbaşa xarici investisiya yatırılıb
Azərbaycan I yarımildə 3 milyard dollar birbaşa investisiya cəlb edib
Altı ayda Azərbaycana xaricdən 568 mln. dollar pul baratı daxil olub
Stefanie Stallmeister: Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı üçün 44 mlrd. dollar tələb olunur
Tədiyyə balansının ehtiyat aktivləri 182 mln. dollara qədər azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər