WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2026
15:30
0
0
2 807
ff

WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib

16 may, 2026
15:30
2 807

WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı daşımalara 150 ədəd "Bakı Taksi" xidmətinin və hava limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sürücülərə xüsusi hazırlığa dair təlimlər keçirilib və WUF13-lə əlaqədar taksi parkları ilə görüş keçirilərək müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq taksilərin stadionun nəqliyyat zonası və "Koroğlu" NMM-də istifadəsi mümkün olacaq. Eyni zamanda, hava limanı ərazisində tədbirlə bağlı taksi sifarişi operatorları tərəfindən sifariş göndərilən nəqliyyat vasitələrinin minib-düşmə yerləri "Terminal 2"nin qarşısında təyin edilib.

Bizimlə əlaqə saxlayın

×
×