"İnter" "Barselona"nın futbolçusu Ronald Arauxonu heyətinə qatmaq istəyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2026
20:00
ff aaaaaaa

"İnter" "Barselona"nın futbolçusu Ronald Arauxonu heyətinə qatmaq istəyir

19 may, 2026
20:00
908

"İnter" "Barselona"nın futbolçusu Ronald Arauxonu heyətinə qatmaq istəyir

İspaniyanın "Barselona" klubunun müdafiəçisi Ronald Arauxo karyerasını İtaliyada davam etdirə bilər.

"Sizinxeber.az" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "İnter" yay "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək üçün uruqvaylı futbolçunun transfer variantını nəzərdən keçirir.

Məlumata əsasən, Milan təmsilçisi Ronald Arauxonu sıralarına cəlb etmək üçün hazırkı futbolçusu Alessandro Bastonini qarşı tərəfə təklif edə bilər.

Arauxo cari mövsüm "Barselona"nın heyətində La Liqada 23 oyuna çıxaraq 3 qol vurub. Müdafiəçi UEFA Çempionlar Liqasında isə 10 matçda forma geyinib.

Futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul