Altı ayda Azərbaycana xaricdən 568 mln. dollar pul baratı daxil olub
Təkrar gəlirlər balansı mütəmadi olaraq profisitlidir. Bu ilin ilk yarısında təkrar gəlirlər balansının müsbət saldosu 343 milyon dollar olub.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.
O bildirib ki, 2024-cü ilin ilk yarısında ölkəyə daxil olan pul baratlarının həcmi 567,8 milyon dollar təşkil edib. 2023-cü ilin eyni dövründə bu rəqəm 890,7 mln. dollar təşkil edib.
Ölkəyə pul baratları daxil olan ilk beş ölkəyə Rusiya (287 mln. dollar), Türkiyə (82,3 mln. dollar), ABŞ (30,5 mln. dollar), Gürcüstan (17,4 milyon dollar) və BƏƏ (16,1 milyon dollar) daxildir.
Samir Nəsirov həmçinin, bu dövrdə Azərbaycandan xaricə göndərilən pul baratlarının 260 milyon dollar təşkil etdiyini açıqlayıb. Burada da Türkiyə və Rusiyaya köçürmələr üstünlük təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib
AMB: Bu ilin ilk yarısında Azərbaycana 3 mlrd. dollara yaxın birbaşa xarici investisiya yatırılıb
Azərbaycana yeddi ayda 51 mindən çox avtomobil idxal edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
