İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək
2025-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri Naxçıvan Muxtar Respublikasındakı eyni adlı fondun da büdcəsini əhatə edəcək.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, İşsizlikdən Sığorta Fondunun büdcə göstəricilərinin tərkibində Naxçıvan nəzərə alınmaqla tərtib edilməsi dövlət məşğulluq siyasətinin tamlığına və bu siyasətin əhatə dairəsi ilə bağlı daha dəqiq məlumatların əldə olunmasına xidmət edəcək, əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı daha dolğun informasiyanın, eləcədə icmal büdcə üzrə gəlir və xərclərin düzgün əks etdirilməsinə şərait yaradacaq.
Oxşar xəbərlər
Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu bəzi gəlir mənbələrindən istifadə etmir
Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 10 %-ə yaxın artırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
