Azərbaycanda 5 ayda 200 min tondan çox karbamid istehsal olunub
sizinxeber.az xəbər saytı

Azərbaycanda 5 ayda 200 min tondan çox karbamid istehsal olunub


Bu ilin yanvar-may aylarında Azərbaycanda 200,1 min ton həcmində karbamid istehsal olunub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 21,8 % azdır.

Bu ilin iyunun 1-nə 82,1 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycanda karbamid istehsalı 3 %-dən çox artıb
Azərbaycanda iki ayda 43 min tona yaxın karbamid istehsal olunub
Azərbaycanda I rübdə 87 min tona yaxın karbamid istehsal olunub
Azərbaycan karbamid istehsalın 18 % artırıb
Azərbaycanın 4 ayda ixrac etdiyi azot gübrəsinin həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər