Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu bəzi gəlir mənbələrindən istifadə etmir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondu bəzi gəlir mənbələrindən istifadə etmir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənəd əsasən, növbəti ildə “İşsizlikdən sığorta haqqında” qanunla təsbit edilmiş mənbələrdən yalnız sığorta haqları üzrə gəlir nəzərdə tutulub, bir mənbə üzrə əks etdirilmiş göstəricilər sair gəlirləri əhatə edib, digər üç mənbə üzrə hər hansı gəlir proqnozlaşdırılmayıb.
Belə ki, qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati cərimələr nəzərdə tutulsa da, təqdim edilmiş məlumatların təhlili və aparılmış auditin nəticələri göstərib ki, Fond cərimələr tətbiq etmir, nəticədə bu istiqamətdə gəlirləri olmur.
Bundan başqa, “Qrant haqqında” qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar, eləcə də bank kreditləri üzrə üzrə hər hansı daxilolma nəzərdə tutulmayıb.
Qanun layihəsində sair gəlirlər üzrə 70 min manat nəzərdə tutulsa da, həmin gəlirlərin strukturu ilə bağlı hər hansı məlumat verilməyib.
Oxşar xəbərlər
Azərbaycanda işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlər Kabineti büdcəyə artıq ödəmələrlə bağlı qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İşsizlikdən sığorta pulu alanların nəzərinə! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası dövlətə məxsus sosial fondların 2025-ci il büdcələrinə rəy verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası İSF-nin büdcəsi ilə bağlı bir sıra təkliflər verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












