"Kapital Bank" III rübün maliyyə nəticələrini elan edib
“Kapital Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 166,073 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,8 % azdır.
9 ay ərzində “Kapital Bank”ın gəlirləri 1 milyard 57,94 milyon manat (illik müqayisədə 25,3 % çox), xərcləri 728,365 milyon manat (38,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 108,565 milyon manat (30,4 % çox), mənfəət vergisi ödəmələri isə 54,091 milyon manat (1,4 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “Kapital Bank”ın aktivləri 10 milyard 277,304 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,5 % çoxdur. Bunun 4 milyard 572,358 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,2 % böyüyüb.
Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 23,2 % artaraq 9 milyard 370,929 milyon manata, o cümlədən depozit portfeli 22,4 % artaraq 7 milyard 937,698 milyon manata, balans kapitalı isə 6,1 % artaraq 906,376 milyon manata çatıb.
Bankın 1 oktyabr 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 938 milyon manat, adi və imtiyazlı səhmlərini ümumi dəyəri isə 265 milyon manat olub.
"Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir, Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , "Birbank" kartı sifarişi üçün — .
Oxşar xəbərlər
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 50 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 9 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun xalis mənfəəti 7 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












