Azərbaycanın bank sektorunun aktivləri 9 % artıb
Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 567,7 milyon manat təşkil edib.
“Sizinxeber.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 9,3 % çoxdur.
Bankların aktivlərinin 24 milyard 547,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,6 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 45,2 %-dən 49,5 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 9,6 % artaraq 43 milyard 256 milyon manata, o cümlədən depozit portfeli 9,4 % artaraq 35 milyard 3,9 milyon manata çatıb. Bunun 13 milyard 891,8 milyon manatı fiziki, 21 milyard 112,1 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13,2 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 7,05 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,4 dəfə azalaraq 44,8 milyon manat olub.
Sektorun balans kapitalı isə 7,3 % artaraq 6 milyard 311,7 milyon manat təşkil edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
