Hindistan rəsmisi: "Azərbaycanın audit üzrə təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"
sizinxeber.az xəbər saytı

Hindistan rəsmisi: "Azərbaycanın audit üzrə təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"


Azərbaycanın audit sahəsində qazandığı təcrübə və beynəlxalq standartlara uyğun fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Bunu "Sizinxeber.az"a açıqlamasında Hindistanın Baş Auditorunun müavini Krishan Sangaran Subramanian bildirib.

Onun sözlərinə görə, Azərbaycanın audit sahəsindəki fəaliyyəti beynəlxalq peşəkarlıq nümunəsi olmaqla yanaşı, ölkənin bu sahədə artan nüfuzunu da nümayiş etdirir: “Bu, Azərbaycana ikinci səfərimdir. İki il əvvəl dövlət borcunun auditi ilə bağlı keçirilən digər seminarda da iştirak etmişdim. Hələ o zaman şahidi oldum ki, Azərbaycan audit sahəsində ciddi işlər görür və beynəlxalq yanaşmaları tətbiq edir”.

Hindistan rəsmisi qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirin yüksək səviyyədə təşkil edilməsi bu peşəkarlığın davamıdır: “Azərbaycan artıq beynəlxalq tədbirlərin təşkil edilməsi üzrə mütəxəssisə çevrilib. Hazırkı seminarda bütün təşkilati məsələlər yüksək səviyyədə planlaşdırılıb və mükəmməl şəkildə icra olunub. Bu isə ölkənin audit sahəsində artan potensialını və qlobal əməkdaşlığa verdiyi önəmi bir daha sübut edir”.

O, həmçinin bildirib ki, Azərbaycanda yaradılan şərait ali audit orqanları arasında təcrübə və bilik mübadiləsinin genişlənməsinə töhfə verir.

Oxşar xəbərlər

Çin Azərbaycanla ali audit sahəsində əməkdaşlığa maraq göstərir
Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir - FOTO
Hesablama Palatası ötən il Əməliyyat Planını 90 % icra edib
Türkiyəli deputat: COP Azərbaycanın dünyada nüfuzunu daha da gücləndirəcək
Vahid Novruzov: "Azərbaycanda auditor çatışmır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər