Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir - FOTO
Bakıda Ali Audit Qurumlarının Asiya Təşkilatının (ASOSAI) İdarəetmə Şurasının 62-ci iclası keçirilir.
"Sizinxeber.az-Economics" xəbər verir ki, toplantıda təşkilatın maliyyə hesabatları, strateji planları, ekoloji audit və davamlı inkişaf hədəfləri üzrə işçi qrupların fəaliyyəti, həmçinin INTOSAI ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda, 2025–2031-ci illər üzrə INTOSAI İdarə Heyətinə ASOSAI nümayəndələrinin seçilməsi və 2026–2028-ci illər dövrü üçün INTOSAI xarici auditorunun təyinatı gündəmdə olacaq.
Ümumilikdə iyulun 17-19-da Bakı şəhərində Ali Audit Qurumlarının Asiya Təşkilatı (ASOSAI) və Ərəb Dövlətlərinin Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) çərçivəsində mühüm tədbirlər keçiriləcək. Tədbirlər Azərbaycan Hesablama Palatasının ev sahibliyi ilə baş tutacaq.
İyulun 18-də isə ASOSAI və ARABOSAI təşkilatlarının birgə iclası keçiriləcək. Tədbirdə Braziliya, Hindistan, Səudiyyə Ərəbistanı və Azərbaycanın ali audit qurumları tərəfindən açılış nitqləri səsləndiriləcək. İqlim dəyişikliyinə audit cavabları və yaşıl infrastruktur təşəbbüsləri ilə bağlı Küveyt, Koreya, Tunis, Mərakeş, Tailand və BƏƏ təcrübələri təqdim olunacaq.
Bundan əlavə, süni intellektin audit fəaliyyətində tətbiqinə dair təqdimatlarla Azərbaycan, Pakistan, Hindistan və İran təcrübəsi paylaşılacaq.
Oxşar xəbərlər
Azərbaycan ASOSAI-nin İdarə Heyətinin iclasına ev sahibliyi etmək istəyir
Hesablama Palatası ASOSAI-nin İdarə Heyətinə 2024-2027-ci illər üzrə üzv seçilib
Hesablama Palatası bu il üçün prioritetlərini açıqlayıb
Hesablama Palatası "İqlim Skaneri" üzrə qiymətləndirmələr aparıb
COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki rolu müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













