Vüqar Gülməmmədov: “Beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiqinə xüsusi önəm veririk”
Hesablama Palatası beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə, bilik və informasiya mübadiləsinin gücləndirilməsinə, həmçinin regional əməkdaşlığın inkişafına xüsusi önəm verir.
"Report" xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısında bildirib.
Onun sözlərinə görə, bu tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün həm qürurverici, həm də məsuliyyətlidir: “ASOSAI İdarə Heyətinə üzv seçilmək həm etimadın göstəricisi, həm də gələcəkdə daha fəal iştirak üçün məsuliyyətdir”.
V.Gülməmmədov qeyd edib ki, ali audit orqanları arasında bilik və təcrübə mübadiləsinin genişlənməsi əməkdaşlığın daha sistemli əsasda qurulmasına imkan verəcək.
Oxşar xəbərlər
Azərbaycan ASOSAI-nin İdarə Heyətinin iclasına ev sahibliyi etmək istəyir
Hesablama Palatası bu il üçün prioritetlərini açıqlayıb
Hesablama Palatası ASOSAI-nin İdarə Heyətinə 2024-2027-ci illər üzrə üzv seçilib
Çin Azərbaycanla ali audit sahəsində əməkdaşlığa maraq göstərir
Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













