ADSEA: Hacıqabul gölünün ekoloji vəziyyəti bərpa ediləcək
Hacıqabul rayonundakı eyniadlı gölün ekoloji vəziyyətinin bərpası planlaşdırılır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda bildirib.
Onun sözlərinə görə, hazırda Bakıdakı Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, “Ağ Şəhər” ərazisində tullantı sularının idarə olunması və təmizlənmiş suların sənaye, kənd təsərrüfatı və yaşıllıqlar üçün təkrar istifadəsi istiqamətində də işlər aparılır.
Ə. Əzizov əlavə edib ki, Azərbaycanın əsas suvarma arteriyalarından biri olan Şirvan kanalının yenidən qurulması layihəsi də davam etdirilir: “Layihə çərçivəsində kanalın ötürmə gücü saniyədə 78 kubmetrdən 180 kubmetrə çatdırılacaq, uzunluğu isə 122 kilometdən 204 kilometrə qədər artırılacaq. Nəticədə 228 min hektar sahənin suvarma təminatı yaxşılaşdırılacaq”/
O bildirib ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə birgə dəniz suyunun duzsuzlaşdırılması layihəsi həyata keçirilir: “Sumqayıt Kimya Sənaye Parkında gündəlik 300 min kubmetr içməli su istehsal edəcək zavodun tikintisi nəzərdə tutulur. Zavodun inşası 2,5 il ərzində tamamlanacaq və növbəti 25 il ərzində konsorsium tərəfindən idarə olunacaq”.
Agentlik rəsmisi vurğulayıb ki, ölkədə formalaşan su ehtiyatlarının 25 %-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür: “İşğal dövründə bu ərazilərin su təsərrüfatı infrastrukturu ciddi zərər görmüşdü. Artıq Suqovuşan, Xaçınçay, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının bərpası başa çatıb. Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir. Həkəriçay və Bərgüşadçay su anbarlarının isə texniki-iqtisadi əsaslandırma işləri davam etdirilir”.
Oxşar xəbərlər
Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var”
Rafiq Aslanov: "Qarabağda su infrastrukturunun bərpası üzrə layihələr hazırlanır"
ADSEA sədri “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda tədbirdə iştirak edib
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Azərbaycanda fasiləsiz qaz təchizatı 5 dəfə artırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
