Polşanın Baş naziri təcili hökumətin iclasını çağırıb
sizinxeber.az xəbər saytı

Polşanın Baş naziri təcili hökumətin iclasını çağırıb


Polşanın Baş naziri Donald Tusk, prezident Karol Navrotskinin ailəsinin Qdanskdakı mənzilində baş verən yanğın barədə yalan məlumatdan sonra 24 may səhəri üçün təcili hökumətin iclasını çağırıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Polşa hökumətinin rəhbəri "X" sosial şəbəkə hesabında yazıb.

Tuskun sözlərinə görə, yanğınsöndürmə xidmətinə yanğınla bağlı zəng daxil olub və bunun "növbəti bir telefon təxribatı" olduğu ortaya çıxıb.

Baş nazir nazirlər və kəşfiyyat orqanları ilə daim əlaqə saxladığını qeyd edib. O, həmçinin prezidentə həmrəylik sözlərini çatdırdığını da söyləyib. Tusk vurğulayıb ki, təxribatçıların bu cür hərəkətləri dövlət təhlükəsizliyinə qarşı yönəlib.

Oxşar xəbərlər

Polşanın Baş naziri Konstitusiya Günündə prezident Dudaya istefasını xatırladıb
Tusk: Polşa atəşkəsdən sonra belə öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil
Polşanın Baş naziri Budapeşti tənqid edib
Polşanın Baş naziri əməliyyat olunub
Tusk: Dünya siyasətinə etibarsızlıq, qəddarlıq və eqoizm qayıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər