ADSEA sədri “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda tədbirdə iştirak edib
sizinxeber.az xəbər saytı

ADSEA sədri “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda tədbirdə iştirak edib


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rusiya Federal Su Ehtiyatları Agentliyinin təşkil etdiyi “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda keçirilən tədbirdə iştirak edib.

APA xəbər verir ki, Zaur Mikayılov tədbir zamanı qlobal çağırışlar və strateji prioritetlər, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq, davamlı və inteqrasiyalı su ehtiyatlarının idarə edilməsinin inkişafı, eləcə də dəyişən iqlim şəraitində adaptiv su idarəetmə modelləri mövzularında çıxış edib.

Sonda, sədr beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ekoloji tarazlığın uzunmüddətli qorunması istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mühüm təşəbbüslər həyata keçirdiyini vurğulayıb.

Oxşar xəbərlər

Bakıda “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda tədbir keçirilib
ADSEA-nın rəhbəri və Rusiya Su Ehtiyatları Agentliyinin sədri arasında görüş keçirilib
ADSEA sədri Türkiyənin Su İşləri Baş İdarəsinin rəisi ilə görüşüb
ADSEA sədri: Davamlı su idarəçiliyi beynəlxalq miqyasda birgə fəaliyyət tələb edir
Zaur Mikayılov: Cənubi Qafqaz birgə idarəetmə ilə bağlı hidro-təhlükəsizlik boşluqları ilə üzləşir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle