Azərbaycanda heyvandarlıq sahəsi üzrə normativ hüquqi aktlar yenilənəcək
Azərbaycanda heyvandarlıq sahəsində normativ hüquqi aktlar yenilənəcək.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"da öz əksini tapıb.
Sənədə əsasən, 2026-2030-cu illər ərzində ölkədə “Damazlıq heyvandarlıq haqqında” Qanunun, eləcə də heyvandarlıq sahəsində digər normativ hüquqi aktların təhlil edilməsi və beynəlxalq təcrübə nəzərə alınmaqla təkliflər hazırlanması nəzərdə tutulub.
Eyni zamanda, təkliflər nəzərə alınmaqla, yerli şəraitə uyğun təkmilləşdirilmiş hüquqi sənədlər, həmçinin standart, tələb və reqlamentlər tətbiq ediləcək. Heyvandarlıq və heyvan sağlamlığı üzrə beynəlxalq standartlara uyğun normativ hüquqi baza və texniki tənzimləmə sistemi tətbiq ediləcək.
Oxşar xəbərlər
Bitkiçilik sahəsində zərərli orqanizmlərin aşkarlanması sistemi tətbiq olunacaq
Azərbaycan baytarlıq preparatları istehsal edəcək
Yerli heyvan cinsləri və bitki növləri üzrə genetik material bankları yaradılacaq
Azərbaycanda sənədsiz evlərlə bağlı normativ hüquqi akt qəbul ediləcək
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2%-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
