Əmlak Məsələləri Dövlət Xidmətinin www.e-emlak.gov.az portalı ləğv edilir
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət istiqamətləri üzrə həyata keçirilən elektron xidmətlərin təqdim edildiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) 1 may 2025-ci il tarixindən ləğv edilir.
Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.
Portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib. Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən xidmətlərdən istifadə etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) daxil olaraq müvafiq bölməyə keçid edə bilərlər.
Oxşar xəbərlər
FHN-in elektron xidmətlər portalı yenilənib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bütün elektron xidmətləri "mygov"a inteqrasiya olunub
AMİN elektron xidmətlər və informasiya sistemləri portalı təqdim edilib
Dövlətə məxsus şirkətin 30%-lik səhm paketi özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Xidməti növbəti hərracları elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













