Vüsal İsayev: "Avropa çempionatına qalib olmaq hədəfi ilə yollanmışdıq"
Azərbaycan minifutbol millisinin üzvü Vüsal İsayev komandanın Avropa çempionatına çempionluq məqsədi ilə yollandığını və qarşıya qoyulan hədəfə nail olduqlarını bildirib.
"Sizinxeber.az" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında federasiya tərəfindən yığma üçün bütün lazımi şəraitin yaradıldığını deyib.
"Biz Avropa çempionatına gedərkən qarşımıza bir hədəf qoymuşduq ki, qələbə qazanacağıq. Federasiya tərəfindən lazım olan bütün şərait bizim üçün yaradılmışdı", – V.İsayev qeyd edib.
Millinin üzvü yarımfinaldakı rəqib Serbiyanın Azərbaycan yığmasını yaxşı təhlil etdiyini vurğulayıb:
"Rəqib komanda olan Serbiya bizi çox güclü təhlil etmişdi. Oyun çətin keçsə də, rəqibi penaltilər seriyasında üstələdik. Finalda isə Ukraynanı məğlub edərək çempionluğu əldə etdik".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Vüsal İsayev: Avropa çempionatına qalib olmaq hədəfi ilə yollanmışdıq
Minifutbol millisinin üzvü Vüsal İsayev: "Azarkeşlərin dəstəyi bizi sonadək döyüşməyə ruhlandırdı"
Taleh Babayev: "Bu qələbəni Azərbaycan xalqına həsr edirik"
Azərbaycan millisinin üzvü: "Avropa çempionatına vəsiqə qazanmağa çalışacağıq"
Azərbaycan millisinin kapitanı: Dünya çempionatına ən ciddi hazırlaşan bizim komanda idi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
Dünya Bankı: Ötən ay Avropa və ABŞ-da təbii qaz bahalaşıb
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
