Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bütün elektron xidmətləri "mygov"a inteqrasiya olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus Vahid Elektron Xidmətlər Portalı (portal.rinn.az) saytında təqdim edilən bütün elektron xidmətlər "mygov" tətbiqi və "my.gov.az" veb platformasına inteqrasiya edilib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bununla da RİNN-in strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətləri (57 xidmət) "mygov" üzərindən həyata keçiriləcək.
Qeyd edək ki, Vahid Elektron Xidmətlər Portalı 2022-ci ildə “AzInTelecom” MMC tərəfindən RİNN və tabeliyindəki qurumların bütün elektron xidmətlərinin vahid sistem üzərindən əldə edilməsi məqsədilə yaradılıb. İlk olaraq portala 6 xidmət inteqrasiya olunub. Bunlar “AzInTelecom” MMC-yə aid “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların qeydiyyat tarifi”, “IMEI yoxlama”, “Lokal çıxış (şəhər, rayon, daxili) danışıqlarının statistikası, “Vətəndaşların adına olan mobil nömrələr haqqında məlumat”, həmçinin “Azərpoçt” MMC-yə aid “Poçt göndərişlərinin izlənilməsi” xidmətləridir. Daha sonra digər 51 xidmətin də portala inteqrasiyası həyata keçirilib.
Oxşar xəbərlər
“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü
“SİMA İmza” beynəlxalq mükafata layiq görülüb
İlin sonunadək ölkədə fiziki xidmətlərin 15%-i "myGov" üzərindən olacaq
“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
