FHN-in elektron xidmətlər portalı yenilənib
Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalının tam yenilənmiş versiyası – e-fhn.gov.az istifadəyə verilib. Yeni portal müasir tələblərə cavab verir və vətəndaşlara daha rahat, sürətli və funksional xidmətlər göstərmək üçün optimallaşdırılıb.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, portalda vahid giriş sistemi – digital.login tətbiq edilib, bu da istifadəçilərə asan identifikasiya olunaraq elektron xidmətlərə müraciət etməyə imkan yaradır. Vətəndaşlar portal vasitəsilə özləri barəsində tərtib olunmuş protokolların statusunu izləyə, müxtəlif xidmətlər üzrə sorğular göndərə və e-xidmətlərdən rahat şəkildə yararlana bilərlər.
Eyni zamanda, portal AsanPay sistemi ilə inteqrasiya olunub ki, bu da ödənişlərin daha operativ və təhlükəsiz şəkildə həyata keçirilməsinə şərait yaradır.
Qeyd edək ki, istifadəçilərin əvvəlki müraciətlərinə və protokollara dair məlumatlara maneəsiz çıxışını təmin etmək məqsədilə portalın əvvəlki versiyasına keçid imkanı saxlanılıb. Lakin yeni müraciətlər yalnız yenilənmiş portal üzərindən aparıla bilər.
Oxşar xəbərlər
AMİN elektron xidmətlər və informasiya sistemləri portalı təqdim edilib
Azərbaycanda yaxın günlərdə elektron hərrac portalı istifadəyə veriləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bütün elektron xidmətləri "mygov"a inteqrasiya olunub
Azərbaycanda “MİDA Kommunal” portalı istifadəyə verilib
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
