Merz: Avropa Rusiya ilə Ukraynaya dair danışıqlara hazırdır
Avropa Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə danışıqlara hazırdır.
Sizinxeber.az Almaniya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Monteneqronun Tivat şəhərində keçirilən Aİ–Qərbi Balkanlar sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Kanslerin sözlərinə görə, belə bir formatda avropalıların danışıqlar masasında təmsil olunması tamamilə təbiidir.
Merz bildirib ki, Ukraynada sülhün bərqərar olması Avropanın fundamental maraqlarına cavab verir.
“Avropa tərəfdən danışıqlara hazır olmaq baxımından heç bir çatışmazlıq olmayacaq”, – deyə Almaniya kansleri əlavə edib.
O həmçinin qeyd edib ki, iyunun 7-də Londonda Almaniya, Böyük Britaniya və Fransanın daxil olduğu E3 formatında görüş keçiriləcək. Görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski ilə növbəti addımlar müzakirə olunacaq.
Oxşar xəbərlər
Fridrix Merz ilk turda Almaniya kansleri seçilmək üçün kifayət qədər səs toplaya bilməyib
Merz: Rusiyanın Ukraynada qalib gəlmək şansı yoxdur
Almaniya kansleri: Rusiya Avropa təhlükəsizliyi üçün ən böyük təhdiddir
Merts: ABŞ Avropa İttifaqı ilə gömrük rüsumlarına dair simmetrik razılaşmaya hazır deyil
Almaniya kansleri: Putin–Tramp görüşü Ukraynada sülhün bərqərar olunmasına töhfə verə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
Dünya Bankı: Ötən ay Avropa və ABŞ-da təbii qaz bahalaşıb
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
