AMİN elektron xidmətlər və informasiya sistemləri portalı təqdim edilib
Azərbaycanda AMİN elektron xidmətlər və informasiya sistemləri portalı təqdim edilib.
"Sizinxeber.az" xəbər verir ki, din haqqında məlumatları əks etdirən portal Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ərsəyə gətirilib və Azərbaycan Din Xadimlərinin Forumunda təqdim olunub.
Komitə sədri Ramin Məmmədov bildirib ki, portalın əsas məqsədlərindən biri də dini maarifləndirmə işini daha mükəmməl səviyyədə təşkil etməkdir:
"İnanırıq ki, bu portal Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin əlçatanlığını və şəffaflığını təmin etməyə imkan yaradacaq.
Eyni zamanda, portalın təqdim etdiyi informasiya sistemləri Azərbaycanda multikulturalizminin unikal mənzərəsini nümayiş etdirəcək".
Oxşar xəbərlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
