ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
sizinxeber.az xəbər saytı

ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!


ABB özünün rəqəmsal ipoteka platforması ABB Home ilə bağlı istifadəçilərə daha bir yeniliyi təqdim edib. İndi müştərilər şəxsi kabinetlərinə Mygov ID vasitəsilə daxil olub xidmətlərdən daha rahat və təhlükəsiz şəkildə yararlana bilərlər.

Yeni inteqrasiya sayəsində istifadəçilər əlavə qeydiyyatdan keçmədən, özlərinə məxsus Mygov ID ilə ABB Home platformasına giriş edərək, ipoteka proseslərini daha çevik idarə etmək imkanı qazanırlar. Bu yenilik, rəqəmsal xidmətlərin əlçatanlığını artırır, müştəri təcrübəsini xeyli asanlaşdırır.

Banka gəlmədən ipoteka sənədləşməsi

Qeyd edək ki, “Mənzil, fərdi yaşayış və bağ evləri üçün ipoteka krediti” məhsuluna əlavə olaraq “Girov təminatlı kredit” və “Təmir krediti” məhsulları üzrə də ABB Home üzərindən müştəriyə ayrıla biləcək kredit məbləğini öyrənmək, tələb olunan sənədləri kabinetdə toplamaq və kreditin ayrılması qərarının verilməsi mərhələsinədək bütün əməliyyatları banka gəlmədən icra etmək mümkündür.

Platformadakı “Əmlakınızı qiymətləndirin” aləti daha da təkmilləşdirilərək istifadəçilərə mənzil qiymətlərinin son 12 ay üzrə dəyişmə dinamikasını izləmək imkanı verir. Bununla yanaşı, artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən həyət evləri və torpaq sahələri üzrə də qiymətləndirmə aparmaq mümkündür. İstifadəçilər, həmçinin təqdim olunan qiymətlərlə bağlı rəy və təkliflərini platforma üzərindən birbaşa paylaşa bilərlər.

Təkmilləşdirilmiş kalkulyator

Bundan əlavə, platformada istifadəçilərin xidmətinə yeni kredit kalkulyatoru təqdim olunub. Universal funksionallığa malik bu alət vasitəsilə müştərilər kredit məbləği, müddəti, faiz dərəcəsi və aylıq ödənişlər üzrə müxtəlif hesablamalar apararaq maliyyə planlamasını daha rahat həyata keçirirlər.

Kalkulyator həm aylıq ödənişlərin hesablanmasına, həm mümkün faiz dərəcəsinin müəyyən edilməsinə, həm də ödəniş məbləğində dəyişikliklərin kredit müddətinə və qrafikinə təsirinin əvvəlcədən qiymətləndirilməsinə imkan yaradır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Oxşar xəbərlər

MyGov.az-la inteqrasiya ABB Home-da ipoteka kreditini daha rahat və əlçatan edib
ABB-dən yenilik – süni intellekt almaq istədiyin evin qiymətini öyrənməyə dəstək olur
MİDA-nın güzəştli mənzilləri üzrə 233 mln. manatlıq ipoteka krediti verilib
"Unibank" ipoteka faizini endirib
Hərbi xidmətlə bağlı “mygov” platformasına yeni funksiyalar əlavə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər