ADY və FHN növbəti birgə təlim keçirib
Yevlax dəmiryol stansiyasında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin qarşılıqlı fəaliyyət planı çərçivəsində “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.
"Sizinxeber.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Təlimə Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Yevlax rayon təcili tibbi yardim briqadası və rayonun mülki müdafiə qüvvələri cəlb olunub. ADY-nin Yevlax yanğından mühafizə və fövqəladə hallar qatarlarının da iştirak etdiyi təlim yüksək peşəkarlıqla baş tutub.
ADY sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizliyə, nəqliyyatın mobilliyinin təhlükəsiz təşkil olunmasına xüsusi önəm verir.
Oxşar xəbərlər
FHN-in Aran Regional Mərkəzi gecə təlimi keçirib
FHN-in Aran Regional Mərkəzi gecə təlimi keçirib - VİDEO
Yol qəzalarında yanğın-xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO
FHN metronun “28 May” stansiyasında təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













