Bakıda keçirilicək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
sizinxeber.az xəbər saytı

Bakıda keçirilicək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb


Oktyabrın 4–11-i aralığında Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatı ilə bağlı rəsmi kommunikasiya kampaniyasına start verilib və biletlər satışa çıxarılıb.

"Sizinxeber.az" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, dünya cüdosunun ən nüfuzlu yarışlarından biri hesab olunan çempionat Milli Gimnastika Arenasında təşkil olunacaq.

Yarışda dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir.

Çempionatla bağlı rəsmi kommunikasiya kampaniyası çərçivəsində yarışın əsas vizual xətti də ictimaiyyətə təqdim olunur. Yeni vizual yanaşma Bakı-2026 cüdo üzrə dünya çempionatının ruhunu, idman enerjisini və Azərbaycanın ev sahibliyini əks etdirir.

Yarış günlərində azarkeşlər həm fərdi, həm də qarışıq komanda yarışlarında dünya səviyyəli qarşılaşmaları canlı izləmək imkanı əldə edəcəklər. Azərbaycan azarkeşləri dünya cüdosunun ən güclü idmançılarını canlı izləmək və milli komandamıza doğma arenada dəstək olmaq imkanı qazanacaqlar. Dünya çempionatının Bakıda keçirilməsi ölkəmizin cüdo ailəsindəki nüfuzunu və bu idman növünə verilən önəmi bir daha göstərir.

Növbəti aylarda çempionatla bağlı yarış proqramı, iştirakçılar, azarkeş zonaları, xüsusi layihələr və digər yeniliklər barədə məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaq.

Çempionatın biletlərini "iTicket.az" vasitəsilə onlayn, həmçinin şəhərin müxtəlif satış kassalarından əldə etmək mümkündür.

Yarışla bağlı əlavə məlumatlar Azərbaycan Cüdo Federasiyasının rəsmi veb-saytı və sosial media hesabları vasitəsilə paylaşılacaq.

Oxşar xəbərlər

2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb
Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçuları Bakıdakı yarışda çıxış edəcəklər
Azərbaycan tarixində ilk dəfə cüdo hakimi dünya çempionatına təyinat alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər