FHN-in Aran Regional Mərkəzi gecə təlimi keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda birgə gecə təlimi keçirilib.
Sizinxeber.az nazirliyə istinadən xəbər verir ki, təlim FHN-in Aran Regional Mərkəzinin hazırlıq planına, eləcə də Mərkəzlə Yevlax rayon Polis Şöbəsi və Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsi arasında təsdiq olunmuş Qarşılıqlı Fəaliyyət Planına uyğun olaraq keçirilib. Təlimdə göstərilən qurumların müvafiq qüvvə və vasitələri iştirak edib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, qəzaya uğramış avtomobildə zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyət, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə “qəza etmiş avtomobildə sıxılı vəziyyətdə qalmış zərərçəkmişləri“ təxliyə edərək “aidiyyəti üzrə təhvil veriblər”.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
FHN-in Aran Regional Mərkəzi gecə təlimi keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol-nəqliyyat hadisələrində zərərçəkmişlərin xilas edilməsi mövzusunda təlim keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Şimal Regional Mərkəzi təlim keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












