FHN metronun “28 May” stansiyasında təlim keçirib
sizinxeber.az xəbər saytı

FHN metronun “28 May” stansiyasında təlim keçirib


Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 30 avqust 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunub.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər