Türkiyə güclü zəlzələdən sonra Venesuelaya xilasedici qrup göndərib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2026
08:30
ff

Türkiyə güclü zəlzələdən sonra Venesuelaya xilasedici qrup göndərib

28 in, 2026
08:30
325

Türkiyə güclü zəlzələdən sonra Venesuelaya xilasedici qrup göndərib

Türkiyənin güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya göndərdiyi humanitar yardım və xilasetmə qrupu paytaxt Karakasa çatıb.

"Sizinxeber.az" bu barədə "Anadolu" Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 45 nəfər xilasedici, dörd axtarış-xilasetmə iti və iki nəqliyyat vasitəsi ilə yanaşı, 20 hərbçi də qrupda yer alıb.

Daha əvvəl, ABŞ, Meksika və Almaniya kimi ölkələr də Venesuelaya humanitar yardım göndərib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Əsas təkanların ardınca 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada təbii fəlakət nəticəsində 1,4 mindən çox insan həlak olub, daha 3,2 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bizimlə əlaqə saxlayın

×
×