Yol qəzalarında yanğın-xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisəsi zamanı yanğın-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirilib.
Nazirliyin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, təlimə FHN-in Muğan Regional Mərkəzi və Salyan rayon Yanğından Mühafizə Hissəsinin, TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan rayon stansiyasının müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin hadisə zamanı aidiyyəti qurumların effektiv və əlaqəli idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı yanğınsöndürənlər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” operativ söndürülüb, “zərərçəkmişlər” deformasiyaya uğramış avtonəqliyyat vasitələrindən xilasedicilər tərəfindən təxliyə edildikdən sonra onlara “ilk tibbi yardım göstərilib”.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol-nəqliyyat hadisələrində zərərçəkmişlərin xilas edilməsi mövzusunda təlim keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Aran Regional Mərkəzi gecə təlimi keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











