SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi infrastrukturuna zərbələr endirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Amerikanın son zərbələrinə cavab olaraq ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini bəyan edib.
"Sizinxeber.az" xəbər verir ki, SEPAH-ın bu barədə bəyanatını IRIB yayıb.
SEPAH-ın yaydığı bəyanatda qeyd olunub ki, bazar günü gecə saatlarında korpusun hərbi dəniz və hərbi hava qüvvələri ballistik raketlər və dronlardan istifadə edərək Küveytdəki "Əli əs-Salim" bazasındakı ABŞ hərbi infrastrukturunun səkkiz obyektinə və Amerikanın Bəhreynin Salman limanındakı 5-ci Donanmasının bazasına hücum edib.
Bəyanatda həmçinin qısa müddət əvvəl ABŞ-nin İslam Respublikasının beş sahil postuna zərbələr endirdiyi xatırladılıb.
"İslamabad memorandumuna əsasən, Hörmüz boğazında gediş-gəlişə nəzarət qaydaları İslam Respublikasına məxsusdur və bundan sonra qayda pozan gəmilərə qarşı əvvəlkindən daha sərt tədbirlər görüləcək",- bəyanatda qeyd olunub.
SEPAH az əhəmiyyətli hədəflərə qarşı belə ehtimal olunan təcavüzə sarsıdıcı cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hərbi hədəflərə "əlavə zərbələr" endirildiyini açıqlayıb.
Oxşar xəbərlər
SEPAH ABŞ ilə zərbə mübadiləsinin xronologiyası barədə məlumat yayıb
SEPAH: İranın raket anbarlarının böyük hissəsinə zərər dəyməyib
SEPAH BƏƏ və Küveytdəki hərbi bazalara raket zərbələri endirib
SEPAH: ABŞ-nin "MQ-9 Reaper" təyyarəsi vurulub və bölgədəki bazalarına zərbələr endirilib
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
