Sizinxeber.az » İqtisadiyyat » İnfrastruktur » Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-nin yeni "Dərnəgül" deposunun istifadəyə verilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Vüsal Aslanov bildirilib.

"Hazırda metronun "Qırmızı" və "Yaşıl" xətlərinə xidmət edən yalnız bir depo – Nərimanov deposu mövcuddur: Yeni depo istifadəyə verildikdən sonra "Yaşıl" xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri də "İçərişəhər" və "Xətai" stansiyalarında geri dönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar", - deyə o qeyd edib.

Bundan başqa, V.Aslanovun sözlərinə görə, əvvəlcədən də deyildiyi kimi, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarında birləşən "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması nəzərdə tutulur.

"Metroda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilkin mərhələdə intervalın azaldılması ilə nail olmaq mümkündür. Bunun üçün infrastrukturun təkmilləşdirilməsi vacibdir. Ən mühüm addımlardan biri xətlərin ayrılmasıdır. Dünya təcrübəsi göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi sıxlığın azaldılması üçün mühüm əhəmiyyət kəsb edir. İlkin planımıza əsasən, "Dərnəgül" stansiyasından gələn qatarlar "Xətai" stansiyasına qədər, "İçərişəhər" stansiyasından gələn qatarlar isə "Həzi Aslanov" stansiyasına qədər hərəkət edəcək. Bununla da intervalları qismən azaldacağıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, metroda sıxlığın azaldılması üçün dayanıqlı elektrik gərginliyinin təmin olunması da vacibdir: "Yeni nəsil vaqonlardan istifadə edirik, onların da enerji sərfiyyatı köhnə nəsil vaqonlardan çoxdur. Bu məsələlər həll olunduqca, qatarların intervalında müəyyən qısalmaları hiss edəcəyik. Bütünlükdə bu tədbirlər bir il yarım - iki il ərzində davam edəcək və bütün xətt boyunca intervallarımızı iki dəqiqəyə endirə biləcəyik".

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !