Rusiya aviaşirkəti Azərbaycana uçuşları ləğv edib
sizinxeber.az xəbər saytı

Rusiya aviaşirkəti Azərbaycana uçuşları ləğv edib


Rusiyanın "Azimut" aviaşirkəti Mineralnıye Vodı və Soçidən Azərbaycana uçuşları ləğv edib.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, "Azimut" Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb. Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda dövlət başçısı dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Bir neçə xarici aviaşirkət də baş vermiş qəzanın araşdırılması fonunda Rusiyaya uçuşlarını dayandırıb. Bunların arasında Qazaxıstanın “Qazaq Air” (Astanadan Yekaterinburqa), İsrailin “El Al” (Təl-Əvivdən Moskvaya), Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” (Dubaydan Soçi və Mineralnıye Vodıya) şirkətləri var.

Oxşar xəbərlər

AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları davam etdirəcək
Təyyarə qəzasında vəfat edən “Gənclik” futbol klubunun üzvü ilə vida mərasimi keçirilib
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır - YENİLƏNİB
Ekspert: Təyyarə qəzasının səbəblərini ətraflı bilmək üçün gözləmək lazımdır
Təyyarə qəzasında həlak olan Qoşqarın babası: Rusiyaya işləmək üçün gedirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər