Təyyarə qəzasında vəfat edən “Gənclik” futbol klubunun üzvü ilə vida mərasimi keçirilib
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında vəfat edən “Gənclik” futbol klubunun üzvü Məhəmmədəli Eqanovla vida mərasimi keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Oxşar xəbərlər
Təyyarə qəzasında həlak olan Qoşqarın babası: Rusiyaya işləmək üçün gedirdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında həlak olan Qoşqarın babası: Dövlətimizə təşkilatçılığa görə təşəkkür edirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları davam etdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekspert: Təyyarə qəzasının səbəblərini ətraflı bilmək üçün gözləmək lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












