Bakı metropoliteni sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
sizinxeber.az xəbər saytı

Bakı metropoliteni sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Sabah “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi qarşılaşma ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

"Sizinxeber.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, paytaxtda təşkil olunan mədəni-kütləvi tədbirlərlə əlaqədar metronun əməliyyat planına əsasən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasına əlavə işçi qüvvəsi ayrılacaq.

Matça olan tamaşaçı marağı, eləcə də sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, növbətçilik cədvəli əsasında ayrılacaq metropoliten əməkdaşları səmti daha rahat müəyyən etmək üçün sərnişinləri yönləndirəcək və texniki işləri icra edəcəklər.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.

Gün ərzində qatarlar payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə əlavə qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.

Oyun başa çatdıqdan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Oxşar xəbərlər

Bakı metropoliteni bu gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metropolitenində iş rejimi gücləndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Gənclik” metrostansiyasının iş rejimi gücləndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunun “Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah metronun bu 3 stansiyasında dəyişiklik olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər