“Gənclik” metrostansiyasının iş rejimi gücləndiriləcək
UEFA Çempionlar Liqası turnirinin III təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun bu gün keçirəcəyi oyunla əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
“Sizinxeber.az” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq görüş ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası metronun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək.
Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiyada nəzarət mexanizmləri gücləndiriləcək. Bu məqsədlə növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq. Stansiyada sərnişinlərin səmti daha rahat müəyyən etməsi, xüsusən matçdan sonra yönləndirilməsi əsas vəzifə olacaq. Ehtiyat tədbirlər “Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Lakin qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ" bu gün Bolqarıstan klubunu qəbul edəcək
"Qarabağ" - "Ludoqorets" matçına 20 mindən çox bilet satılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
