Hesablama Palatası: "Satınalma auditində korrupsiya və maraqlar toqquşması riskləri xüsusi qiymətləndirilir"
Dövlət satınalmalarının auditi zamanı korrupsiya, maraqların toqquşması və dövlət vəsaitinin itirilməsi riskləri xüsusi qiymətləndirilir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Hesablama Palatasının Sosial sahələrin auditi şöbəsinin müdir müavini Qüdrət Hümbətov Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.
Onun sözlərinə görə, satınalma auditində risklər müxtəlif kateqoriyalar üzrə təhlil olunur: "Bunlara normativ-hüquqi, prosedur, maliyyə, müqavilələrin icrası, texniki sənədləşmə, eləcə də korrupsiya və maraqların toqquşması ilə bağlı risklər daxildir. Hər bir riskin başvermə ehtimalı və təsir dərəcəsi ayrıca qiymətləndirilir. Bəzi risklərin başvermə ehtimalı yüksək olsa da, dövlət vəsaitinə təsiri aşağı ola bilər. Əksinə, başvermə ehtimalı az olan risklər böyük maliyyə itkilərinə səbəb ola bilər. Buna görə də risklərin qiymətləndirilməsi xüsusi metodologiya əsasında aparılır".
Palata nümayəndəsi bildirib ki, audit zamanı əsas diqqət yalnız prosedur pozuntularının aşkarlanmasına yönəlmir: "Auditorlar ilk növbədə həmin risklərin dövlət vəsaitinin itkisinə səbəb olub-olmadığını, korrupsiya, sövdələşmə və maraqların toqquşması hallarına şərait yaradıb-yaratmadığını araşdırırlar. Bu risklər satınalma prosesinin planlaşdırılması mərhələsindən başlayaraq tenderin keçirilməsi, qiymətləndirmə, müqavilələrin bağlanması və icrası da daxil olmaqla bütün mərhələlər üzrə qiymətləndirilir".
Oxşar xəbərlər
Svetlana Orlova: "Azərbaycan dövlət satınalmalarının auditi sahəsində beynəlxalq gündəliyə fəal qoşulub"
Azim Abasov: "Satınalma sahəsində qanunvericilik 20 ildə təxminən 100 dəfə dəyişdirilib"
Ekspert: "Satınalma sistemlərinin qiymətləndirilməsi iqtisadi səmərəliliyi artırır"
Dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb
Hesablama Palatası: Gələn ildən Naxçıvanda "Dövlət auditi" proqramı üzrə təlimlər keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
